MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir. Ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.
"Ulusum".az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və "qaynar xətt"ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında - saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.
Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək.
"Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik", - deyə Məzahir Pənahov vurğulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Dünən, 09:00
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və
18-12-2024, 14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
Dünən, 09:00
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. “Ulusum”.az xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə
Dünən, 09:42
Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.
Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Dünən, 21:30
Suriyadakı vəziyyət Moskvada müzakirə olunub
Dünya
Dünən, 21:00
TikTok videolarına görə ata qızını öldürüb
Hadisə
Dünən, 20:52
Ekspert İlqar Əliyev həbs edilib
Siyasət
Dünən, 20:32
XİN Fransa nazirinin iddialarına cavab verib
Populyar Xəbərlər
Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib
Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb
ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib
HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib
Ayrılıq özü də dərs olur hərdən
Tramp Con Kennedinin öldürülməsi ilə bağlı gizli materialların dərc edilməsi haqqında sərəncam imzalayıb