İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - Rəsmi

“Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub”.
Ulusum.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavabında deyilir.
Bildirilir ki, son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb:
“Aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.
Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Türkiyə
Bu gün, 18:30
Məşhur cütlük ilk dəfə eyni layihədə! İddialı serialda yer alacaqlar
Dünya
Bu gün, 17:30
Təl-Əvivdə gərgin anlar: müdafiə nazirliyi hədəfdə
İqtisadiyyat
Bu gün, 17:19
Dənizə yaxın, yaşıllıq içində... Bakıda bağ evi kirayələmək neçəyə başa gəlir?
Mədəniyyət
Bu gün, 17:11
Parisdə Azərbaycan mədəniyyətinin parlaq anı: Unikal kitabların təqdimatı - FOTO
Dünya
Bu gün, 16:39
Mossad casusu edam edildi – İran Fikrini bağışlamadı
Sağlamlıq
Bu gün, 16:34
Şəkərin kölgəsində gizlənən xərçəng riski
Şou-biznes / Türkiyə
Bu gün, 15:49
Ayrılıq xəbərindən sonra gözlənilməz addım: Pelin Akil Anıl Altanı belə təəccübləndirdi!
Dünya
Bu gün, 15:33
İngiltərə universitetlərində ChatGPT həyəcanı
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO
Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO
Burak Özçivit Yeni Stilini Göstərdi – Kuruluş Osman Ulduzunun Moda Dəyişikliyi 2025