23-07-2025, 09:00 0 Siyasət / Türkiyə

Ərdoğandan sərt ittiham: Netanyahu Hitleri də geridə qoydu!

Ərdoğandan sərt ittiham: Netanyahu Hitleri də geridə qoydu!
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun və yəhudi dövlətinin Müdafiə Ordusunun (TsAXAL) Qəzza zolağında törətdiyi əməllər Hitler cinayətlərini belə geridə qoyub. Bu barədə dövlət başçısı sosial şəbəkə X-də yazıb.

"Netanyahu və onun qatillər şəbəkəsi barbarlıqda artıq Hitleri də keçib. Hətta Avropada Holokost zamanı belə Qəzzada baş verən bu qədər qeyri-insani davranış müşahidə olunmamışdı", — deyə Ərdoğan bildirib.


O, həmçinin beynəlxalq ictimaiyyəti bu qəddarlığa səssiz qalmamağa və fələstinlilərin aclıqdan kütləvi şəkildə həlak olmasına qarşı tədbir görməyə çağırıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: