24-11-2025, 10:00 0 Sağlamlıq

Nar qabığı və tum yağının sağlamlığa faydası

Nar qabığı və tum yağının sağlamlığa faydası
Nar – Mənşə və Qısa Tarix

Nar (Punica granatum) minillik tarixə malik qədim meyvədir və onun mənşəyi Cənubi Qafqaz, İran, Anadolu və Orta Asiya bölgələrinə dayanır. Arxeoloji tapıntılar göstərir ki, nar ağacı haqqında təsvirlər hələ eramızdan əvvəl III minillikdə Babil, Misir və İran kimi sivilizasiyalarda mövcud olub.

Tarix boyunca nar bolluq, bərəkət və həyat rəmzi kimi qəbul edilib və Yaxın Şərqdən Aralıq dənizi vasitəsilə Avropa və Asiyaya yayılıb.

Azərbaycan isə narın ən qədim genetik növlərinin qorunduğu əsas mərkəzlərdən biridir və minilliklərdir narçılıq burada geniş yayılıb. Ölkənin Göyçay, Quba, Şirvan və digər bölgələrində yetişdirilən müxtəlif dad və rəngə malik yerli nar sortları dünya üzrə yüksək qiymətləndirilir.

Nar qabığı və tum yağının sağlamlığa faydası

Nar qabığı və tum yağı sağlamlıq və gözəllik üçün qiymətli təbii vasitələrdən sayılır.
Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov
ulusum.az-a xəbər verir ki, nar qabığı iltihab, bakteriya və virus əleyhinə təsiri ilə immun sistemini gücləndirir. Tərkibindəki dəmir sayəsində qanazlığının qarşısını alır, eyni zamanda qankəsici və ishal əleyhinə güclü təsir göstərir.
Damarları xolesterin yığılmasından təmizləyərək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, təzyiqi və şəkəri tənzimləyir.

Nar tumu yağı isə dəridə kollagen sintezini stimullaşdıraraq qocalma əleyhinə effekt yaradır. Dərinin elastikliyini artırır, turqorunu bərpa edir və qırışları azaldır.

Günəş yanıqları, ekzema və psoriaz zamanı regenerasiyaedici təsiri ilə bərpaedici rol oynayır. Saç dərisində qan dövranını gücləndirir, qaşınma və kəpəyə qarşı mübarizə aparır, saçlara parıltı və sağlam uzanma bəxş edir.

Dr. Fizuli Hüseynov nar tumu yağı təbii tərkibli dəri və saç baxımı üçün ideal seçimdir. Hamiləlik dövründə istifadəsi məsləhət görülmür, yalnız ehtiyatla gözaltı bölgəyə tətbiq oluna bilər.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.