Ananasın həddindən artıq istifadəsi sağlamlığa necə təsir edə bilər?
Ananaslar normada sağlamdır və nadir hallarda bəzi insanlar ondan tamamilə imtina etməli ola bilər.
Ananasın zərərli təsiri. Ananas faydalı və ləzzətli tropik meyvə olsa da, onun normadan artıq istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bu, əsasən meyvənin tərkibindəki bromelain, C vitamini və üzvi turşuların yüksək miqdarı ilə bağlıdır.
Gündəlik tövsiyə olunan miqdar:
* Yetkinlər üçün: maksimum 200 qram
* Uşaqlar üçün: yalnız pediatrla məsləhətləşdikdən sonra
1. Allergik reaksiyalar
Ananas bəzi insanlarda allergiyaya səbəb ola bilər. Bu, yüngül səpgilərdən tutmuş, nadir hallarda anafilaktik şoka qədər ciddi hallarla nəticələnə bilər. Belə hallarda insanlar qaşınma, səpgilər, qarın ağrısı, qusma və ishal kimi əlamətlər yaşayırlar. Simptomlar adətən meyvə yeyildikdən 30 dəqiqə sonra meydana çıxır.
2. Mədə-bağırsaq qıcıqlanması
Ananasın tərkibindəki 1,4% üzvi turşular, xüsusilə qastrit və yüksək turşuluqdan əziyyət çəkən insanlar üçün problem yarada bilər. Bu səbəbdən belə şəxslərə ananasdan çəkinmək tövsiyə olunur.
3. Diş sağlamlığına zərər
Təbii şəkərlər və turşular diş minasına təsir edərək çürümə riskini artırır. Turşu, diş minasını yumşaldaraq zamanla eroziyaya səbəb ola bilər.
Nə etməli?
Ananas yedikdən sonra ağzı su ilə yaxalamaq və ya bir müddət sonra dişləri fırçalamaq profilaktik tədbir kimi tövsiyə olunur.
Unutmayın, hər bir faydalı məhsulun da həddi olmalıdır. Ananası balanslı şəkildə istehlak edərək həm dadından, həm də faydasından maksimum yararlana bilərsin
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
