Bu gün, 10:26 0 Sağlamlıq

Maqneziumun sağlamlıqda rolu və düzgün qəbulu haqqında

Maqneziumun sağlamlıqda rolu və düzgün qəbulu haqqında

Maqnezium orqanizm üçün həyati əhəmiyyət daşıyan mikroelementlərdən biridir


O, yalnız sinir və əzələ funksiyalarının deyil, həmçinin sümük və oynaq sağlamlığının qorunmasında da mühüm rol oynayır.

Maqneziumla zəngin qidalar arasında möbiya (qara lobya), kinoa, küncüt və digər toxumlar yer alır. Lakin burada vacib bir detal var: bu məhsulların termiki işlənməmiş formalarına üstünlük verilməlidir.


Çünki yüksək temperatur maqneziumun parçalanmasına səbəb ola bilər.

Endokrinoloq Ayşən Xəlilova ulusum.az-a xəbər verir ki, orta yaşlı bir insanın gündəlik maqnezium tələbatı 300–400 mq təşkil edir. Lakin bu normativ hamiləlik dövründə, süd verən analarda, uşaqlarda və oynaq xəstəliklərindən əziyyət çəkən şəxslərdə artırıla bilər.

Xüsusilə oynaq problemləri olan insanların maqnezium qəbuluna Maqnezium preparatlarının formaları arasında sitrat, treonat və ya bisqlisinat kimi növlər daha yaxşı mənimsənilir. Lakin burada vacib məqam: mütləq həkim nəzarəti altında qəbul edilməlidir.

Çünki qanda maqnezium səviyyəsi normal görünsə belə, bu onun hüceyrə səviyyəsində kifayət qədər olduğunu göstərmir. Maqneziumun əsas ehtiyatı sümük toxumalarında toplanır və bu da laborator analizlə tam dəyərləndirilə bilmir.

Profilaktik qəbul:
Əgər xüsusi bir şikayət yoxdursa, gündə 200–300 mq maqneziumun qida və ya əlavə şəklində profilaktik olaraq qəbulu tövsiyə olunur.

Sağlam qalmaq üçün balanslı qidalanın və maqnezium kimi mikroelementlərin qəbuluna xüsusi önəm verin!


R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.