Soğan qabığı: Təbii şəfa mənbəyi
Soğan qabığı bir çox xəstəliklərə qarşı təbii dərmandır
Ulusum.az xəbər verir ki, fitoterapevt Dr. Fizuli Hüseynovun sözlərinə görə, xüsusilə də qırmızı soğanın qabığı bir çox xəstəliklərin təbii yolla müalicəsində mükəmməl təsirə malikdir.
O bildirir ki, gündəlik olaraq qaynadılıb içilən soğan qabığı suyu ağız və boğaz yaralarından tutmuş, ödem, öskürək, bəlğəm, göbələk və hətta bağırsaq infeksiyalarına qədər müxtəlif narahatlıqlarda faydalıdır.
Dr. Fizuli Hüseynovun praktikasında geniş istifadə olunan bu təbii vasitə, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, həzmi yaxşılaşdırır və ümumi sağlamlığa müsbət təsir göstərir.
O qeyd edir ki, 3 stəkan suda 5-10 dəqiqə zəif odda qaynadılan soğan qabığının suyu süzülərək gün ərzində içilməlidir.
Fitoterapevtin sözlərinə görə, bu sadə və əlçatan müalicə üsulu həmçinin ağız qoxusu, öd problemləri, bəlğəmli öskürək və göbələk xəstəliklərində də effektiv nəticə verir.
Soğan qabığının tərkibindəki zəngin vitamin və minerallar həm bitkilərə, həm də insan orqanizminə canlandırıcı təsir göstərir.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
