Dünən, 09:40 0 Sağlamlıq

Süd Vəzi Xəstəliklərində Xalq Təbabəti Yanaşmaları Risklidir

Süd Vəzi Xəstəliklərində Xalq Təbabəti Yanaşmaları Risklidir

Mammoloq-onkoloq Dr. İndira Səmədova Ulusum.az-a bildirib ki, süd vəzisində yaranan problemləri kələm qoymaq, qaşıqla dağlamaq, bal sürtmək, sidik vurmaq kimi xalq təbabəti üsulları ilə “müalicə” etməyə çalışmaq ciddi fəsadlara yol aça bilər.



Onun sözlərinə görə, bu cür yanaşmalar süd vəzilərində iltihabi proseslərin yaranmasına, xəstəliyin irəliləməsinə və bəzən geri dönməz mərhələyə keçməsinə səbəb olur.
Dr. Səmədova qeyd edir ki, bəzi xəstələr şişi qorxutmaq üçün onu qızdırılmış qaşıqla yandırır, kələm və müxtəlif yağlar qoyur, hətta zəli və digər təhlükəli üsullara əl atırlar.

Dr. Səmədova bildirir ki: “Yaxın zamanda süd vəzi xərçəngi diaqnozu qoyulmuş bir pasiyent müalicədən imtina etmişdi. Bir il sonra geri qayıtdıqda, süd vəzisində çoxsaylı zəlilər düzülmüş, görüntüsü qorxunc hala gəlmişdi və vəziyyəti o qədər ağır idi ki, artıq ayaqları tutulmuşdu.

Bu cür üsullar süd vəzisində iltihabi proseslərin yaranmasına, infeksiyanın yayılmasına və xəstəliyin ağırlaşmasına səbəb olur. Həkim vurğulayır ki, sadalanan üsullarla bu günə qədər sağalan heç bir xəstə olmayıb.”

O təkidlə qeyd edir ki, hər bir xəstəliyin elmi əsaslarla müalicə yolu mövcuddur. Əsaslarla müalicə almaq lazımdır.

Dr. Səmədova bildirir ki, vaxtında həkimə müraciət etmək və tibbi müalicə almaq həyati önəm daşıyır. Xalq təbabəti üsulları ilə özünüzü riskə atmayın.

R.Daşdəmirova
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.