Siqaret: Uşaqlar və Hamilə Qadınlar Üçün Görünməz Təhlükə -VİDEO
Uzman Dr. Rövşanə Həsənzadə siqaret tüstüsünün uşaqlar və döl üçün ciddi risklər yaratdığını bildirir.
Uzman Dr. Rövşanə Həsənzadənin "Ulusum.az"a verdiyi məlumata görə, uşaq siqaret çəkməsə belə, siqaret çəkilən mühitdə böyüyürsə, passiv siqaret çəkmiş sayılır. Onların hələ inkişaf mərhələsində olan ağciyərləri tüstünün zərərinə qarşı daha həssasdır.
Hamilə qadının yanında siqaret çəkilməsi isə dölün ağciyər inkişafını ləngidə, erkən doğum və hətta ölü döl riskini artıra bilər.
Tüstüyə məruz qalan körpələrdə bronxit, astma, sətəlcəm, allergik xəstəliklər və ən ağır halda ani körpə ölümü sindromu baş verə bilər. Siqaretin tərkibindəki toksik maddələr beyinə təsir edərək tənəffüs mərkəzini zəiflədir. Dr. Həsənzadə qətiyyətlə bildirir:
Əgər övladınızın sağlam böyüməsini istəyirsinizsə, siqareti yalnız evin içində deyil, hətta eyvanda çəkdikdən sonra belə, uşağın yanına yaxınlaşmaq olmaz.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
