Nutrisioloq faydalı və zərərli bişirmə üsullarını açıqladı
 
        Qidanın bişirilmə üsulu onun tərkibindəki qida maddələrinin qorunmasına və ümumi sağlamlığa təsir edir. Bu barədə “Qazeta.Ru”ya “SM-Clinic”in həkim-terapevti, nutrisioloq Olqa Korxova danışıb.
Onun sözlərinə görə, ən sağlam üsullardan biri buxarda bişirmədir. Bu üsul zamanı qidalar su ilə təmas etmədiyi üçün vitamin və mineralların itkisi minimum olur.
Tuşlama (öz suyunda bişirmə) da faydalı üsullardan sayılır. Məhsullar yavaş-yavaş, az miqdarda maye ilə bişdiyi üçün vitamin və minerallar daha yaxşı qorunur. Üstəlik, temperatur qızartmadan aşağı olduğu üçün qida maddələri daha yaxşı mənimsənilir.
Həkimin sözlərinə görə, qaynatma isə vitamin itkisinə səbəb ola bilər, çünki onlar suya keçir. İtkini minimuma endirmək üçün az su istifadə etmək və bişirmə müddətini qısaltmaq tövsiyə olunur. Əgər qaynadılmış su şorba və ya sous hazırlamaq üçün istifadə olunarsa, qida maddələrinin bir hissəsi qorunmuş olar.
Ən zərərli üsul kimi qızartma göstərilib. Çünki yüksək temperatur vitaminlərin məhv olmasına və zərərli birləşmələrin (məsələn, akrilamid) yaranmasına səbəb olur. Üstəlik, bu üsul bəzən zülalın mənimsənilməsini də zəiflədir.
Ulusum.az
 
  Onun sözlərinə görə, ən sağlam üsullardan biri buxarda bişirmədir. Bu üsul zamanı qidalar su ilə təmas etmədiyi üçün vitamin və mineralların itkisi minimum olur.
“Bu, tərəvəzlərin və digər məhsulların parlaq rəngini, teksturasını və qida dəyərini qorumağa imkan verir. Buxarda bişirmə xüsusilə C vitamini və B qrupu vitaminləri kimi suda həll olan vitaminlərin saxlanılmasına kömək edir”, – deyə Korxova bildirib.
Tuşlama (öz suyunda bişirmə) da faydalı üsullardan sayılır. Məhsullar yavaş-yavaş, az miqdarda maye ilə bişdiyi üçün vitamin və minerallar daha yaxşı qorunur. Üstəlik, temperatur qızartmadan aşağı olduğu üçün qida maddələri daha yaxşı mənimsənilir.
Həkimin sözlərinə görə, qaynatma isə vitamin itkisinə səbəb ola bilər, çünki onlar suya keçir. İtkini minimuma endirmək üçün az su istifadə etmək və bişirmə müddətini qısaltmaq tövsiyə olunur. Əgər qaynadılmış su şorba və ya sous hazırlamaq üçün istifadə olunarsa, qida maddələrinin bir hissəsi qorunmuş olar.
Ən zərərli üsul kimi qızartma göstərilib. Çünki yüksək temperatur vitaminlərin məhv olmasına və zərərli birləşmələrin (məsələn, akrilamid) yaranmasına səbəb olur. Üstəlik, bu üsul bəzən zülalın mənimsənilməsini də zəiflədir.
“Sağlamlığı qorumaq üçün daha çox buxarda bişirmə və ya tuşlamaya üstünlük verilməli, qızartmadan isə az istifadə edilməlidir. Bişirmə üsullarının müxtəlifliyi isə vitaminlərin qorunmasına və balanslı qidalanmaya kömək edəcək”, – deyə mütəxəssis yekunlaşdırıb.
Ulusum.az
Diqqət Çəkənlər
      	
  
			Oxşar xəbərlər:
		
		 18-12-2024, 14:30
	
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
	
		 18-12-2024, 14:30
	
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
	
	 24-06-2024, 21:00
	
	
		Qidaları düzgün və uyğun miqdarda istehlak etmədiyimiz zaman həzm problemləri, mədə ağrısı, qəbizlik, şişkinlik, yüksək
	
		 24-06-2024, 21:00
	
	
		Qidaları düzgün və uyğun miqdarda istehlak etmədiyimiz zaman həzm problemləri, mədə ağrısı, qəbizlik, şişkinlik, yüksək
	
	 1-07-2025, 19:08
	
	
		Rasionunuzu daha sağlam etmək üçün pəhrizi tamamilə dəyişməyə ehtiyac yoxdur. Sadəcə bu sadə üsullarla sevdiyiniz
	
		 1-07-2025, 19:08
	
	
		Rasionunuzu daha sağlam etmək üçün pəhrizi tamamilə dəyişməyə ehtiyac yoxdur. Sadəcə bu sadə üsullarla sevdiyiniz
	
			Şərhlər:
		
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
                
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
		
	
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
		
	
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
		
	
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
		
	
	Şokoladlı-kəsmikli zapekanka
		---
		
			 Dünən, 10:00
			
		
	
	Tez   Hazırlanan Peçenye Resepti. -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
		
	
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
		
	
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
				
					
		
	
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		
	
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		
	
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		
	
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		
	
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		
	
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO
				
				
                
			