Bitki əsaslı pəhriz böyrəkləri necə xilas edə bilər?
Bitki əsaslı pəhriz xroniki xəstəliklərin, o cümlədən xroniki böyrək xəstəliyinin profilaktikası və müalicəsində əsas rol oynayır. Bu barədə “Gazeta.Ru”ya danışan dietoloq, qastroenteroloq, “Sağlam Qidalanma” Elmi-Tədqiqat Mərkəzinin İcraçı Direktoru Nuriyə Dianova bildirib.
Xroniki böyrək xəstəliyi (XBX) böyrəklərin zədələnməsi və ya onların funksiyasının üç ay və daha uzun müddət ərzində azalması deməkdir. XBX zamanı böyrəyin qanı süzən və orqanizmdən lazım olmayan maddələri çıxaran nefronları tədricən və geri dönməz şəkildə məhv olur.
Beləliklə, strategiyalardan biri heyvan mənşəli zülalların istehlakını azaltmaq və onları bitki mənşəli zülallarla əvəz etməkdir.
Ulusum.az

“Bu mərhələdə əsasən bitki mənşəli qidalara üstünlük vermək XBX inkişaf riskinin azalması və xəstəliyin irəliləməsinin ləngiməsi ilə bağlıdır, bunu son vaxtlar aparılan elmi tədqiqatlar da təsdiqləyir. Ekoloji davamlılıq baxımından isə məlumdur ki, qida sektorunun istixana qazlarının emissiyasındakı payı 25%-dir. Məhz bizim qida seçimlərimiz iqlim böhranının irəliləməsinə təsir edir,” – deyə həkim bildirib.
Beləliklə, strategiyalardan biri heyvan mənşəli zülalların istehlakını azaltmaq və onları bitki mənşəli zülallarla əvəz etməkdir.
“İkinci strategiya isə profilaktikaya diqqət yetirməkdir, çünki XBX-li xəstələrin kliniki müalicəsində dializ özü ətraf mühitə mənfi təsir göstərir: su və enerji sərfi, istixana qazlarının emissiyası və tullantıların yaranması səbəbindən güclü ekoloji iz yaradır,” – deyə həkim fikrini yekunlaşdırıb.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama