Razi Nurullayev: “Hər kəsin ailəsi ayrıdır, hamıya nəzarət mümkün deyil” DEDİ
Deputat Nurullayev bildirib ki, vəzifəli şəxs yalnız öz ailəsinə cavabdehdir.
“Hər kəsin bacısı, qardaşı, nəsli var. Onlar ayrı-ayrı yerlərdə yaşayır və müstəqil təsərrüfat sayılırlar. İnsan hər kəsə necə və niyə nəzarət etməlidir ki?” – deyə o qeyd edib.
Deputat Razi Nurullayev “TV Müsavat”a açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toyu ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
O deyib ki, qardaşları uzun illərdir Rusiyada yaşayır, Rusiya vətəndaşıdırlar və öz biznesləri var. “Toy öz vəsaitləri hesabına təşkil olunub. Mən onların həyatına müdaxilə edə bilmərəm və etməyə də borclu deyiləm,” – deyə deputat bildirib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox