Azərbaycanın təbii və mədəni irsi - VİDEO

Azərbaycanının təbii və mədəni irsinə həsr olunan bu layihə Mədəniyyət Nazirliyi tərəfindən Cop 29 tədbirləri çərçivəsində hazırlanmışdır.
Məqsəd təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir.
Azərbaycanın zəngin təbii və mədəni irsi özündə çoxşaxəli dəyərləri birləşdirir. Qobustan qayaları üzərində “Natiq” ritm qrupunun ifası həm qədimlik, həm də müasirliyi bir araya gətirərək bu əraziyə yeni nəfəs verir.
Azərbaycanın milli simvollarından biri olan kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib və bu zərif ipək baş örtüyü xalqın estetik zövqünün göstəricisidir.
Cəbrayılda yerləşən qədim körpü memarlıq və tarix baxımından ölkənin dəyərli irs nümunələrindəndir. Göygöl və digər dağ gölləri təbiətin gözəlliyini əks etdirən nadir guşələrdəndir.
Qobustandakı qayaüstü rəsmlər və palçıq vulkanları Azərbaycanın geoloji və tarixi unikalığını nümayiş etdirir. Bu torpaqda hər daş, hər naxış bir tarix danışır – və bu irs gələcək nəsillərə ötürüləcək qədər dəyərlidir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
“Bananı da yumaq lazımdır!” – Ekspert
Maraqlı
Dünən, 17:00
Yayın istisində bu meyvələrə diqqət yetir
Maraqlı
Dünən, 14:00
Nəhayət? — Əfsanəvi Kəhrəba otağının izi tapıldı
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu