Ana bətnində genetik xəstəlikdən xilas oldu

ABŞ və İsveçrədən ibarət beynəlxalq həkimlər qrupu ilk dəfə tibb tarixində uşağı doğulmadan əvvəl spinal əzələ atrofiyası (SMA) tip 1-dən — nadir və ölümcül genetik xəstəlikdən müvəffəqiyyətlə müalicə ediblər. Araşdırma New England Journal of Medicine (NEJM) jurnalında dərc olunub.
SMA, SMN1 genindəki mutasiyalar nəticəsində yaranan irsi xəstəlikdir və bu gen hərəkət neyronlarının fəaliyyətini təmin edən zülalın istehsalına cavabdehdir. Bu zülal olmadan əzələlər zəifləyir və atrofiya yaranır, bu da xüsusilə SMA tip 1-də ağır nəticələrə gətirib çıxarır. Müalicə edilmədikdə, uşaqlar çox vaxt iki yaşına çatmadan həyatını itirirlər.
Araşdırmada iştirak edən ailə, əvvəllər SMA 1 səbəbindən bir uşağını itirmişdi. İkinci hamiləlikdə isə cütlük ikinci uşaqlarının da bu xəstəliyə tutulma riskinin olduğunu öyrəndilər. 32-ci həftədə ana, əksik zülalın istehsalını stimullaşdıran "risdiplam" dərmanını qəbul etməyə başladı. Doğuşdan sonra uşaq risdiplamı ağızdan alıb və heç bir əzələ zəifliyi və inkişaf geriliyi əlamətləri göstərməyib, iki il sonra isə normal inkişafını davam etdirir.
Bu hal unikal olsa da, genetik xəstəliklərin müalicəsi üçün yeni yanaşmaların inkişafına ümid verir. Alimlər, prenatal müalicənin effektivliyini təsdiqləmək üçün daha geniş miqyaslı tədqiqatlar aparmağı planlaşdırırlar.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 17:30
Azərbaycanın 6 universiteti dünyanın top 1000 ali məktəbi sırasına daxil oldu
Sağlamlıq
Bu gün, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Bu gün, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Bu gün, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Maraqlı
Bu gün, 15:00
Necə “uyğun” insana çevrilməyək?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə