NatCom: Yeni qrip ştammlarının 80%-dən çoxu Afrika və Cənubi Amerikada yaranır

Amsterdam Universitetinin alimləri tərəfindən aparılan tədqiqat göstərib ki, qrip virusunun yeni ştammlarının 80%-dən çoxu Afrika və Cənubi Amerika regionlarında formalaşır. "Ulusum".az xəbər verir ki, tədqiqatın nəticələri Nature Communications (NatCom) jurnalında dərc edilib.
Alimlər kompüter hesablama modellərindən istifadə edərək iqlimin, əhali sıxlığının və miqrasiya axınlarının virus mutasiyalarına təsirini öyrəniblər. Məlum olub ki, tropik regionlar infeksiyaların daimi dövranı, yüksək əhali sıxlığı və müəyyən mövsümlərin olmaması səbəbindən virusların təkamülü üçün ideal şərait yaradır.
Xüsusilə H1N1 virusuna diqqət yetirilib: son 20 ildə onun yeni ştammlarının təxminən 85%-i məhz tropik zonalarda yaranıb. Sabit temperatur şəraiti infeksiyanın fasiləsiz yayılmasına şərait yaradır və bu, mutasiyaları sürətləndirir.
Tədqiqatın rəhbəri, bioinformatika professoru Yohannes van der Bruk qeyd edib ki, bu qanunauyğunluqların başa düşülməsi pandemiyaların qarşısının alınması üçün daha dəqiq strategiyaların hazırlanmasına kömək edəcək. O, yeni virus ştammlarının proqnozlaşdırılması üçün qlobal miqrasiya prosesləri və iqlim dəyişikliklərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Bu gün, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Cəmiyyət
Bu gün, 13:00
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Cəmiyyət
Bu gün, 13:00
Azərbaycan motosikletçisi Gürcüstanda çempion olub
Cəmiyyət
Bu gün, 11:00
Qafqaz İslam Ordusunun tarixi zəfəri
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO