Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Brius Uillisin ailəsi onun hər gününü “hədiyyə” adlandırır.
Brius Uillisə alın-beyin demensiyası diaqnozu qoyulduqdan sonra ailəsi onunla keçirdikləri hər günü dəyərli bir hədiyyə kimi qəbul edir. Həkimlərin proqnozlarına əsasən, aktyor 2024-cü ildə vəfat edə bilərdi, lakin o, sevənlərinin ümidini doğruldaraq 2025-ci ilə qədər yaşayıb.

Xarici KİV-lər bildirir ki, hazırda Uillisin sağlamlıq vəziyyəti yenidən ağırlaşıb. 2000-ci illərin əvvəlindən etibarən onun karyerası tədricən enişə keçmişdi.

Bunun əsas səbəblərindən biri aktyorun bir çox rejissor və həmkarları ilə münasibətlərini pozması idi. Mümkündür ki, bu davranışlar gələcəkdə aşkarlanacaq xəstəliyin ilkin əlamətləri olub. Uillis son illərdə daha çox azbüdcəli filmlərdə çəkilib və ekran vaxtı məhdud olub.

Onun zəif performansı səbəbilə “Qızıl Moruq” antımükafatı tərəfindən xüsusi nominasiyalar təsis edilib. 2023-cü ildə “Qatilin Missiyası” filmi yayımlanıb və bu, onun aktyor kimi son işi olub. Ailə üzvləri qeyd edir ki, o artıq nə danışa bilir, nə də yaxınlarını tanıyır və yalnız baxışları ilə ünsiyyət qurur.

R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Dünən, 20:00
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Mətbəx
Dünən, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Dünən, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Dünən, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Dünən, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Dünən, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
