Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?

Empatlar adətən mehribanlıq, mərhəmət və başqalarının hisslərini dərindən anlamaq qabiliyyəti ilə tanınırlar. Ancaq bu həssaslıq narsisizm, manipulyasiya və gizli nəzarət hissi ilə birləşərsə, qaranlıq empat adlandırılan bir obraz meydana çıxır.
Bu insanlar bir baxışda cəlbedici, diqqətli və qayğıkeş görünə bilərlər. Amma onların empatiyası, əslində idarə etmək və təsir göstərmək üçün bir alətdir. Bəlkə də belə bir insan sizin ətrafınızda var. Hətta... bəlkə də bu sizsiniz?
Bu fenomeni psixoloq Radmila Bakırova izah edir.
🧠 Qaranlıq empat kimdir?
Bu şəxs empatiya qabiliyyətinə sahib olsa da, onun davranışları “qaranlıq triada” adlandırılan 3 əsas psixoloji xüsusiyyətlə (narsisizm, makiavelizm və psixopatiya) uzlaşır:
Digər insanın emosiyalarını dəqiq hiss edir
Amma bu məlumatdan xeyirxahlıq üçün yox, istismar üçün istifadə edir
Xarici görünüşcə ideal partnyor, dost, həmkar təsiri bağışlasa da, bir müddət sonra sizi enerjinizdən tükəndirərək idarə etdiyini hiss edirsiniz

✅ Qaranlıq empatı tanımaq üçün "check-list"
Baxın, bu əlamətlər sizdə və ya tanıdığınız birində varmı?
Başqalarının duyğularını intuitiv hiss edirsiniz və onlara asanlıqla uyğunlaşırsınız. Bu məlumatları insanları yönləndirmək üçün istifadə edirsiniz
Hər bir vəziyyətə nəzarət ideyası sizi içdən cəzb edir, bəzən bu nəzarət heç gərək olmasa belə
Diqqət mərkəzində olmağı sevirsiniz, amma bunu təhqiramiz deyil, incə və səssiz şəkildə edirsiniz
Başqasının zəifliyi bəzən sizdə acizlik deyil, iç gizli həzz və oyun hissi doğurur
Sözlərinizdə kinayə və gizli aqressiya, “qayğı maskası” altında gizlənə bilir
💬 Bunlar sizə tanış gəlirsə... nə etməli? Psixoloqdan tövsiyələr:
🔹 1. Nəzarət ehtiyacınızı qəbul edin
Bu, sizin şəxsi inkişaf yolunuzun başlanğıcı ola bilər. Hissləri duymaq bacarığı – dəyərli hədiyyədir, ancaq bunu manipulyasiya üçün istifadə etsəniz, əlaqələriniz tədricən dağılacaq.

🔹 2. Qarşılıqsız empatiya öyrənin
Sadəcə dinləməyə çalışın. Daxili hesablamadan. Qazanc yox, əlaqə axtarın. Empatiyanı hədəf deyil, məqsədsiz sevgi kimi yaşayın.
🔹 3. Şəxsi sərhədlərə hörmət edin
Birini “oxuya” bilməyiniz onun həyatına müdaxilə etməyə haqq vermir. “Səninlə bu barədə danışmaq istəyirsənmi?” demək, “Sənin nə hiss etdiyini bilirəm” deməkdən daha dəyərlidir.
🔹 4. Özünüzlə işləyin – psixoloji dayağınızı gücləndirin
Çox zaman qaranlıq empatlar özlərini sübut etmək üçün başqalarını idarə edirlər. Uşaqlıq travmaları, qəbul olunma ehtiyacı, qorxular – bunlarla işləmək sizi real daxili sabitliyə qovuşdura bilər.
🔒 Əgər qaranlıq empat sizin ətrafınızdadırsa – özünüzü qoruyun
Sərhədlər qoyun
Dürüst ünsiyyət qurun
Zaman-zaman məsafə saxlayın
Unutmayın: qaranlıq empat – mütləq pis insan deyil. O, sadəcə hələ öz mexanizmlərini anlamamış və dəyişmə imkanı olan biridir. Əgər siz bu təsvirlərdə özünüzü tanıdınızsa, bu utanc səbəbi yox, dəyişim fürsətidir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı