Jel Sandaletlər Geri Döndü: Uşaqlıq Xatirələri ilə Dolu Yay Trendi- FOTO

Moda dövr edir, və bir vaxtlar uşaqlığımızın parlaq, oynaq detallarını xatırladan detallar yenidən gündəmə gəlir. Bu yay stilistlər jel sandaletləri – yüngül, yarımşəffaf, bəzən parıltılı və rəngarəng modelləri – şəhər obrazına qatmağı tövsiyə edirlər.

Minimalizmlə birləşdirin
Əgər neon rəngli, parıltılı jel sandalet seçmisinizsə, geyiminizin qalan hissəsini sakit tonlarda saxlayın: ağ oversize köynək, kətan şort, zərif top. Sandaletin rəngini aksessuarlarda (zərif bilərzik, eynək, saç rezini) təkrarlamaq obrazı birləşdirəcək.

Bir az yumor qatın
Socks + jel sandalet? Bəli, bu trend geri dönüb! Nazik, bəzəkli corablarla kombin edin – xüsusilə “soft grunge” və ya “geek-chic” üslubunda. Pijama şalvarı, midi ətək və printli futbolkalarla tamamlaya bilərsiniz. Qayda sadədir: cəsarətli olun və oynayın!

Şəhər şıklığı ilə ziddiyyət yaradın
Jel sandaletlər biznes tərzində də maraqlı kontrast yaradır: blazer-don, kətan kostyum, qara qələm ətək və nazik askılı topla tamamlayın. "Yuxarı-aşağı" kombinləri ilə obraz həm ağıllı, həm də fərqli görünəcək. Klataş, gün eynəyi və sadə makiyajla tamamlayın.

Bu sadəcə çimərlik ayaqqabısı deyil
İndi jel sandaletlər təkcə dəniz üçün deyil, şəhər üçün də aktualdır. Bu mövsüm kütləvi platformalı, tokalı, dabanlı modellər dəbdədir. Hətta axşam dəvətləri üçün də uyğundur: kombinezon-don, kəmərli jaket və ya içliksiz blezerlə geyinin. Parıltılı makiyajla son toxunuşu verin – və yay sizin olacaq!

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 20:00
Az risk, çox gəlir: qadınların investisiya sirri
Maraqlı
Dünən, 19:00
Psixoloq: Söz-söhbətin yoxluğu təhlükə siqnalıdır
Dünya
Dünən, 18:00
COVID-19 peyvəndləri ABŞ bazarından yox ola bilər
Maraqlı
Dünən, 14:00
Uğursuzluqlar – gələcək uğurun açarıdır
Sağlamlıq
Dünən, 13:30
Mikroplastiklər yeməyimizə necə düşür?
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində