“Instagram” və “Telegram”da narkotik satışı həyata keçirən 148 səhifə bağlanıb, iki nəfər həbs edilib
“Instagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.
"Ulusum.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar.
Məlumatda qeyd edilib ki, aşkarlanan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
"Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin", - deyə məlumatda deyilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
4-07-2024, 10:38
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası
11-06-2024, 22:10
Sirr deyil ki, dünya üzrə "qara bazar"a hər zaman tələbat yüksək olmuşdur. Nə qədər cərimələr, qadaöalar
14-07-2024, 22:44
(14-17 iyul 1959) Kərkük qətliamı 65 Yaşında Dr. Şəmsəddin KUZƏÇİ Türkmanların varlıq mübarizəsində geniş yer alan, 14
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb