Azərbaycandan Serbiyaya qazın bərpasının tarixi açıqlanıb

Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa oluna biləcəyi gözlənilir.
"Ulusum".az xəbər verir ki, bunu Trend-ə bazar günü enerji bazarındakı məlumatlı mənbə "Şahdəniz Alfa" platformasında yaranmış texniki problemlə əlaqədar tədarükün dayandırılmasını şərh edərkən bildirib.
“Platformadakı nasazlıq ilə bağlı təmir işləri yaxın günlərdə başa çatdırılmalıdır, bundan sonra Serbiyaya tədarük bərpa oluna bilər. Yanvarın 15-də tədarükün bərpası gözlənilir”, - mənbə bildirib.
Eyni zamanda, bp Azerbaijan-dan Trend-ə verilən məlumata görə, şirkət platformada yaranmış texniki problemin tezliklə aradan qaldırılması üçün çalışır.
“Texniki problemin mümkün qədər tez aradan qaldırılması üçün iş aparılır. Şahdəniz Alfa platformasının özündə və digər platformalarda heç bir problem yoxdur. Texniki problem xüsusilə Şahdəniz Alfa platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranıb”, - BP-dən bildiriblər.
Qeyd edək ki, ötən gün Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması ilə bağlı Serbiya tərəfini xəbərdar etdiyini bildirib.
Bu fonda bəzi KİV-lər tədarükün kəsilməsinin “bir neçə ay” davam edə biləcəyini bildirib.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdə Azərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qaz tədarük ediləcək, həcmi 2027-ci ildən artırmaq imkanı olacaq.
Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb. 2024-cü ilin sentyabrında SOCAR və Srbijagas arasında sutkada 1 milyon kubmetr qazın alqı-satqısına dair əlavə saziş imzalanıb ki, bu da 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Dünya
Bu gün, 11:00
“Onlar hiyləgərdirlər”: Tramp Rusiyaya qarşı sanksiyaların effektivliyindən şübhələndi
Mətbəx
Bu gün, 10:53
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Hadisə
Bu gün, 09:23
FHN: Şabranda açıq ərazidə güclü yanğın baş verib
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır