20-05-2025, 09:30 0 İqtisadiyyat

Netflix rinqə daxil oldu – WWE RAW artıq buradadır!

Netflix rinqə daxil oldu – WWE RAW artıq buradadır!
Netflix 2025-ci ilin yanvarından etibarən rinqin tozunu öz platformasında qaldıracaq! 10 illik və 5 milyard dollardan çox dəyəri olan mega razılaşma ilə “RAW” artıq yalnız Netflix-də yayımlanacaq. WWE-nin “SmackDown”, “WrestleMania” və “Royal Rumble” kimi şoularını da ABŞ xaricində yayımlamaq hüququ qazanan platforma, canlı idman dünyasına ciddi giriş edir.

CM Punk və Cody Rhodes kimi superstarların çıxış etdiyi “RAW”, illərdir ABŞ-da reytinqləri silkələyir və indi Netflix-in reklam əsaslı xidmət modelinə (AVOD) böyük təkan verəcək.

TKO Group Holdings-in prezidenti Mark Şapiro bu əməkdaşlığı “oyunu dəyişdirən addım” adlandırıb – və TKO-nun səhmləri də bu xəbərlə 21% yüksəlib.

Netflix artıq yalnız serial və filmlərlə deyil, rinqin gurultusu ilə də evlərə gəlir!

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: