Dəvələrdə qaçış yarışları qadınlar üçün idman növünə çevrilib - VİDEO

Dəvələrin qaçış yarışlarının tarixi eramızın VII əsrindən gec olmayaraq başlamışdır. 2021-ci il isə tarixə bu yarışlarda ilk dəfə qadınların iştirak etdiyi il kimi düşdü. Qadınlar arasında yarışlar Əl-Marmun şəhərində keçirilən C1 seriyasının çempionatı çərçivəsində baş tutdu. Qadınlardan ibarət komanda Birhürgüclü Dəvələrdə Yürüş Mərkəzi tərəfindən təşkil olunmuşdur, "Ulusum".az .euronews-a istinadən xəbər verir.
Komandanın üzvü Keyti Higgins əvvəlcə yalnız dəvəyə minməyi öyrənmək istəyirdi, lakin bu işə o qədər həvəs göstərdi ki, dayana bilmədi. Onun sözlərinə görə, BƏƏ-nin bu idman növü üzrə ilk qadın komandasına aid olmaq onun üçün böyük şərəfdir. Yarışlarda iştirak etdikdən sonra tam əmin oldu ki, bu idman onun həqiqi çağırışıdır. Yürüşdən əvvəl o, həyəcan keçirirdi, lakin bu həyəcan daha çox sevinc hissi ilə müşayiət olunurdu.
Komandanın məşqçisi və mərkəzin həmtəsisçisi Linda Krokenberger qeyd edir ki, mərkəz heç vaxt dəvəyə minməmiş insanları öyrətmək məqsədilə yaradılıb. İnsanların heyvanlarla əlaqə qurmaq bacarığını mənimsəməsi və yəhərdə özlərini daha inamlı hiss etmələrini izləmək ona böyük zövq verir:
“Mən dəvələrlə işləməkdən və Əmirliklər mədəniyyəti haqqında daha çox məlumat almaqdan böyük bir dinclik və məmnunluq tapdım. Sadəcə olaraq, bunu başqaları üçün də əlçatan etmək istədim. Görürəm ki, bir çoxları heyvanlarla birbaşa ünsiyyət bacarığını itiriblər. Burada isə bu əlaqəni yenidən bərpa edirlər.”
Laura Brodhörst mərkəz haqqında məlumatı sosial şəbəkələrdə gördüyü elandan sonra kluba qoşulub. Daha əvvəl o, atçılıqla çox məşğul idi. Dəvələrdə yürüşə ilk cəhddən aşiq oldu.
Təxminən 200 nəfər qadın iştirakçıların qatıldığı yarışları izləməyə gəlmişdi. Mərkəzin təsisçisi Obaid Cuma bin Subaih əl-Falasi ictimaiyyətin bu qədər maraq göstərməsindən xoş təəccübləndiyini bildirdi.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 18:40
Ötən gün kartlardan 6 minə yaxın pul oğurlanıb
Hadisə
Dünən, 16:05
Bakıda dəhşətli qəza: Mercedes yük maşını “Volkswagen”ə çırpıldı – 3 ölü, 1 yaralı - VİDEO
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?