“Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı - FOTO
Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı baş tutub.
Ulusum.az xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov artıq 8 may tarixinin Şuşanın işğal günü kimi yox, məhz Vətən müharibəsindən sonra bu tarixin "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov, ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına, bədən tərbiyyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib:
"Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi məhz "Şuşaya qayıdış" oldu", - deyə Acalov çıxışında deyib.
Azərbaycanda Braziliya Cui Citsu sənətinin banisi Taleh Həsənov seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə, seminarın məqsədi idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxaq qaydalar ilə tanış etməkdən ibarətdir.
Tədbirdə Kapueyra Federasiyasının Vitse Prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Elgiz Əlizadə çıxışı zamanı Cui Cutsu və Kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.
Son olaraq tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, Beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nailiyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. O bildirib ki, belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.
Sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyən göstəri təqdim ediblər.
Qeyd edək ki, Ustad Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb və Taleh Həsənov tərəfindən diplomlarla təltif olunublar. Bununla da təşkil olunmuş seminar öz işini uğurla başa vurub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
11-05-2024, 14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
6-05-2024, 18:12
Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 17:53
Sabah Xətainin bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət
Dünən, 17:51
Böyük Britaniya Rusiyanın “kölgə donanmasına” qarşı ən böyük sanksiyalar paketini təqdim edir
Cəmiyyət
Dünən, 15:01
İsrail Nazirlər Kabineti yekdilliklə İsrailin ən qədim qəzeti Haaretz-ə qarşı sanksiya tətbiqinə səs verib
Cəmiyyət
Dünən, 13:23
Tsai İnq-ven: "Ukraynanın Amerika silahlarına Taypeydən daha çox ehtiyacı var"
Cəmiyyət
Dünən, 12:39
Avropa ölkələri yenidən Ukraynaya qoşun və ya muzdlu döyüşçü göndərməyi müzakirə edir
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili