Bu gün, 11:39 0 İdman

Rusiyalı idmançılar Azərbaycanda keçiriləcək tədbirə qatılacaqlar

Rusiyalı idmançılar Azərbaycanda keçiriləcək tədbirə qatılacaqlar
Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.

Rusiyanın İdman naziri Mixail Deqtyaryov Şərq İqtisadi Forumu (EEF) çərçivəsində keçirilən “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” adlı sessiyadakı çıxışında belə deyib.

“Ölkələrarası qarşılıqlı əlaqədə beynəlxalq formatlar inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Azərbaycanın Bakı şəhərinə yola düşməyə hazırlaşır. Azərbaycanın İdman naziri Fərid Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”, - rusiyalı nazir bildirib.

Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhərində baş tutacaq. Rusiya komandasının siyahısına 260-dan çox idmançı daxildir.

23 idman növündə idmançıların öz güclərini sınayacağı III MDB Oyunları Azərbaycanın yeddi şəhərini əhatə edəcək. (AzVision.az)

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: