Bu gün, 13:30 0 Hadisə / Dünya

Lissabonda faciə: funikulyor qəzasında 15 nəfər öldü

Lissabonda faciə: funikulyor qəzasında 15 nəfər öldü
Portuqaliyanın paytaxtı Lissabonda “Qloriya” funikulyoru relsdən çıxıb. Bu funikulyor Reştouradoriş meydanı ilə Jardim de San-Pedro-de-Alkantara parkını birləşdirir. Hadisə nəticəsində 18 nəfər xəsarət alıb, ən azı 15 nəfər həlak olub, — deyə Sapo portalı xəbər verir.

Məlumata görə, yaralananlardan dördünün vəziyyəti kritikdir. Qeyd olunur ki, vaqon trosun qırılması səbəbindən böyük hündürlükdən aşıb və binanın divarına çırpılıb. Daxildə 42 nəfər olub.

Şəhərdə üçgünlük matəm elan edilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: