Polşada "Drujba" neft kəməri zədələnib Hadisə
Polşada "Drujba" neft kəməri zədələnib. Respublikanın Dövlət Yanğından Mühafizə Xidməti xəbər verir ki, neft sızması olub, lakin yanğın və ya partlayış təhlükəsi olmayıb. Drujbanın qərb hissəsi Plock yaxınlığındakı Mişevka Strzalkovskidəki xammal bazasını Almaniyanın Schwedt şəhərindəki neft emalı zavodu ilə birləşdirir....
2-12-2024, 11:43
Tbilisidə məktəblilər də etirazlara qoşulub Hadisə
Atəşfəşanlıq və gözyaşardıcı qaz - Tbilisidə səhər belə başladı, burada hətta məktəblilər də etirazlara qoşuldu. Nümayişçilər Çavçavadze prospektində yürüş edərək hər iki tərəfdən xüsusi təyinatlıları sıxışdırıb çıxarırlar. Polis şırnaqlarla insanları dağıdıb, etirazçılar təhlükəsizlik qüvvələrini döyüb....
2-12-2024, 11:37
Suriya müxalifəti Hələbin yarıdan çox hissəsini nəzarətə götürüb Hadisə
Suriya üsyançı qüvvələri ölkənin ikinci ən böyük şəhəri Hələbin yarıdan çox hissəsini nəzarətə götürüb. Ulusum.az “CNN“-ə istinadən xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi Hələb hücumunda onlarla əsgərin həlak olduğunu bildirib. O, əlavə edib ki, üsyançı qüvvələr şəhərə daxil olub, lakin onlar “möhkəm mövqelər yarada bilməyiblər” və...
30-11-2024, 22:41
Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən çıxarıldığını elan edib Hadisə
Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən müvəqqəti çıxarıldığını elan edib. Bu barədə “Reuters” xəbər verib. Hərbçilər bildiriblər ki, geri çəkilmə əks-hücuma başlamaq üçün əlavə qüvvələr gəlməmişdən əvvəl yenidən qruplaşmaq səylərinin bir hissəsidir. Onlar həmçinin əlavə edib ki, son bir neçə gündə Hələb və İdlibdə üsyançılarla...
30-11-2024, 15:58
Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğulub Hadisə
Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğularaq ölüb. Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) dəm qazından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır....
30-11-2024, 11:46
Rostov vilayətində “Atlas” neft bazasına hücum edilib və bazadavyanğın baş verib Hadisə
Rostov vilayətində “Atlas” neft bazasına hücum edilib və bazadavyanğın baş verib. Qubernatorun sözlərinə görə, Rostov vilayətində bir gecədə 29 Ukrayna pilotsuz uçan aparatı məhv edilib. Rəsmi şəxs əlavə edib ki, Kamenski rayonunda “sənaye obyekti” yanıb, lakin tələfat yoxdur. Media orqanları müəyyən edib ki, söhbət bu ilin avqustunda...
29-11-2024, 10:23
Tehran-İstanbul reysində sərnişin "Allahu Əkbər" qışqıraraq təyyarənin qapısını açmaq istəyib Hadisə
Türkiyənin Peqasus aviaşirkətinin Tehrandan İstanbula uçan təyyarəsinin sərnişini enişdən yarım saat öncə "Allahu Əkbər" qışqıraraq təyyarənin təcili çıxış qapısını açmağa çalışıb. Təyyarə bələdçiləri həmin şəxsin qarşısını ala biliblər. Sərnişinlərdən biri deyir ki, stüardessa həmin şəxsi saxlamağa çalışıb və o, stüardessanın...
29-11-2024, 08:56
Suriyada iranlı general öldürülüb Hadisə
Suriyada iranlı general öldürülüb. İranın Suriyadakı hərbi məsləhətçiləri korpusunun komandiri, İran İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Kiyomars Pourhaşimi ölkənin şimalında silahlıların hücumu nəticəsində ölüb. Bu barədə CNN telekanalı xəbər verib. Telekanalın məlumatına görə, İran hərbçiləri Hələb şəhəri ərazisində olub....
29-11-2024, 08:24
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət qızışır Hadisə
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət qızışır. Etirazçılarla polis arasında toqquşmalar getdikcə daha tez-tez baş verir, müxalifət tərəfdarlarına qarşı daha çox iğtişaş vasitələrindən istifadə edilir və həbslər davam edir. Polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra bəzi etirazçılar huşunu itirib....
29-11-2024, 06:30
İranda avtobus qəzaya uğradı: 20 nəfər yaralanıb Hadisə
İranda avtobus qəzaya uğradı: 20 nəfər yaralanıb. Səhər saat beş radələrində Simnan əyalətinin Gərmsar-Aradan magistralında avtobusla qoşqu toqquşub. Simnan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Hüseyn Derəxşan bildirib ki, qəza nəticəsində 20 nəfər xəsarət alıb....
28-11-2024, 15:35