Türkiyədə baş vermiş yanğın nəticəsində on nəfər həyatını itirib

Türkiyənin Bolu əyalətindəki Kartalkaya dağ-xizək kurortunda oteldə baş vermiş yanğın nəticəsində on nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb.
“Ulusum”.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı TRT Haber kanalı yayıb.
Həyatını itirənlər arasında Türkiyə vətəndaşları var, bunlardan ikisi suya atılaraq həyatını itirib. Bolu əyalətinin qubernatoru Abdülaziz Aydın bildirib ki, 26 nəfərin vəziyyəti orta ağırdır, 2 nəfər isə ağır vəziyyətdədir.
Hal-hazırda oteldəki yanğın nəzarət altına alınıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Aydın əlavə edib ki, Bolu prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.
Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaaya bildirib ki, yanğının söndürülməsi işlərində 267 dövlət qurumunun əməkdaşı iştirak edir. O, insan itkilərinə görə təəssüfləndiyini bildirib və yaralılara tezliklə şəfa diləyib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
“Bananı da yumaq lazımdır!” – Ekspert