Keçirilən əməliyyat zamanı həlak olan polis Kürdəmirdə dəfn olunub
Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonuna gətirilib və dəfn olunub. Polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin və DİN-nin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, polis serjantı Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. Subay idi.Xatırladaq ki, iyunun 24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması üçün keçirilən əməliyyat zamanı polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həlak olub.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
9-05-2024, 11:45
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
17-06-2024, 22:00
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi
13-05-2024, 15:25
Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar
5-06-2024, 12:30
Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş I Qarabağ müharibəsində itkin düşmüş
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
27-09-2024, 16:52
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Marinovka kəndinin tutulduğunu açıqlayıb
Hadisə
27-09-2024, 16:43
İranda SEPAH-ın postlarına silahlı hücum edilib
Siyasət
27-09-2024, 12:58
Zelenski Trampla görüşmək üçün ABŞ-a səfərini uzadıb
Cəmiyyət
27-09-2024, 12:25
ABŞ hakimiyyəti vətəndaşlıq üçün müraciətləri sürətlə təsdiqləməyə başlayıb
İqtisadiyyat
27-09-2024, 12:20
İsraildə on minlərlə şirkət bağlanıb
Maraqlı
27-09-2024, 12:19
Ən sürətli və ən təhlükəsiz təyyarələr
Hadisə
27-09-2024, 12:15
İsrail silahlı qüvvələri Suriyanın Dəməşq əyalətindəki hərbi obyektinə hücum edib
Hadisə
27-09-2024, 12:14
Ruslar Ukraynanın Odessa vilayətinin İzmail şəhərinə hücum pilotsuz təyyarələri ilə hücum edib
Cəmiyyət
27-09-2024, 12:13
Arxangelsk vilayətində yoxa çıxan Robinson helikopteri tapılıb
Hadisə
27-09-2024, 12:11
Güclü Helen qasırğası Florida sahillərini vurub
Populyar Xəbərlər
"Mən sülhə səs verirəm!" adlı tədbir keçirilib
Salyanda rayon ağsaqqalarının nümayəndələri ilə görüş keçirilib
DİQQƏT - BAKIDA KİRAYƏ MƏNZİL FIRILDAQÇILIĞI GENİŞ VÜSƏT ALIB
Ən dözümlü avtomobillərin siyahısı
Türkiyədə mollaya 6 yaşlı qızla evləndiyinə görə 36 il cəza verilib
Gəmidə səyahət edərkən bunlara diqqət yetirin