19-01-2025, 16:00 0 Dünya

Putin Pəzəşkiyana samovar və rus qışını təsvir edən şəkil hədiyyə edib

Putin Pəzəşkiyana samovar və rus qışını təsvir edən şəkil hədiyyə edib
Rusiya Prezidenti Vladimir Putin öz iranlı həmkarı Masud Pəzəşkiyana rus samovarı və Rusiyada qışı təsvir edən şəkil hədiyyə edib. “Ulusum”.az xəbər verir ki, bu barədə VQTRK jurnalisti Pavel Zarubin öz Telegram kanalında məlumat verib.

"Zati-aliniz", bu, Rusiyanı, sizin səfərinizi xatırlatmaq üçün. Bu, Rusiyanın qışıdır," - deyə Putin Pəzəşkiyana şəkili göstərərək bildirib. "Və bu bizim ənənəvi məhsulumuz - samovardır!"

İran Prezidenti gülümsəyərək bildirib ki, İslam Respublikasında "samovar" sözünü yaxşı tanıyırlar və Rusiya liderinə təşəkkür edib.


Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: