Dünən, 20:30 0 Dünya

CNN: Yaşlı yaponlar sağ qalmaq üçün könüllü şəkildə həbsxanalara getməyə başlayıblar

CNN: Yaşlı yaponlar sağ qalmaq üçün könüllü şəkildə həbsxanalara getməyə başlayıblar
Yaponiyada yaşlı insanlar sağ qalmaq üçün könüllü olaraq həbsxanalara üz tutur.

“Ulusum”.az xəbər verir ki, bu barədə CNN material dərc edib.

Məqalədə qeyd olunur ki, Yaponiyanın ən böyük qadın həbsxanası əsasən yaşlı insanlarla doludur. Yerli mühafizəçilərin sözlərinə görə, məhkumlar arasında təkliyin səbəb olduğu problem o qədər böyükdür ki, onlar azadlıqdan məhrum edilməkdənsə həbsxanada qalmağa üstünlük verirlər.

"Elə insanlar var ki, ayda 20 000-30 000 yen (130-190 ABŞ dollarıl) ödəməyə razıdırlar ki, (əgər bacarsalar), yalnız burada əbədi yaşamaq üçün," - deyə Totiqi qadın həbsxanasının əməkdaşı Takayesi Şiranaga bildirib.

Məlumdur ki, məhkumlara müntəzəm qidalanma, pulsuz tibbi yardım, qayğı və azad həyatda əskik olan ünsiyyət təmin olunur. "Bu həbsxanada çox yaxşı insanlar var. Ola bilsin ki, bu həyat mənim üçün ən sabit həyatdan biridir," – deyə hazırda yemək oğurluğuna görə cəza çəkən 81 yaşlı məhkum etiraf edib.

Bundan əlavə, qeyd edilir ki, Yaponiyada 65 yaşdan yuxarı insanların 20 faizi yoxsulluq şəraitində yaşayır. Mühafizəçi Takayesi Şiranaga izah edib ki, insanların əksəriyyəti yaşamaq üçün həbsxanaya düşür.

"Bəzi insanlar bura soyuqdan və ya aclıqdan qorunmaq üçün gəlirlər. Onlar həbsxanada olduqları müddətdə pulsuz tibbi yardım ala bilərlər, lakin azad edildikdən sonra bunun üçün özləri ödəməlidirlər. Buna görə də, bəzi insanlar burada mümkün qədər uzun müddət qalmaq istəyirlər," – deyə o vurğulayıb.


Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: