Bu gün, 10:30 0 Hadisə

Ağdamda uşağa qarşı amansız rəftar faktı qeydə alındı

Ağdamda uşağa qarşı amansız rəftar faktı qeydə alındı
Ağdamda valideynlərin iki yaşlı uşağa qarşı amansız rəftar faktı qeydə alınıb.

Bunun nəticəsində uşaq ağır xəsarət alıb, Ulusum.az“Report”-a istinadən xəbər verir.

Məlumata görə, hər iki valideyn psixi pozuntulardan əziyyət çəkir və əvvəllər də uşağa qarşı zorakılıq tətbiq ediblər. 2023-cü il təvəllüdlü oğlan uşağı Ağdam məhkəməsinin qərarı ilə 2024-cü ildə ailədən alınıb və uşaq evinə yerləşdirilib. Lakin sonradan Nəsimi Rayon Məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.

Uşağın atası Sədiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı istintaq aparılır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: