Bu gün, 09:13 0 Hadisə

Pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb

Pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb
Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub.

Ulusum.az APA-ya istinadən xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: