DTX-dən əməliyyat - Şəxsi məlumat "ovçusu" yaxalandı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Ulusum.az BAKU.WS-ə istinadən xəbər verir ki, "darknet" tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.
Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə "xeberoxu.az" və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, "Çarxla Qazan.apk", "Paypal.apk" və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.
Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların ("İrşad Electronics", "Baku Electronics", "Xalq Bank" və s.) rəsmi internet səhifələrinə bənzər "domen"lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən "Call Spoofing" kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.
Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 19:00
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Dünya
Dünən, 18:00
Xaricilər Rusiyada daha uzun qala biləcək
Dünya
Dünən, 15:30
Fransada burkini qadağasına Məhkəmə Əngəli
Cəmiyyət
Dünən, 15:16
BDU-nun magistraturasına 1127 nəfər qəbul olunub
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Reproduktiv Gücün Formulu: Kişi Sağlamlığı üçün 9 Vacib Nutrient