Dünən, 12:01 0 Hadisə

FHN Mətbuat xidmətinin məlumatı (video)

FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

"Ulusum". az xəbər verir ki,Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Goranboy və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: