“BakuBus”dan sərnişinlərlə bağlı AÇIQLAMA -EKSKLÜZİV

Ulusum.az saytının işıqlandırdığı mövzu ilə bağlı “BakuBus” şirkəti açıqlama verib.
Şirkətin mətbuat katibi Əsmər Əliyeva ulusum.az saytına açıqlamasında bildirir: "Mütəmadi olaraq avtobusların salonlarında təhlükəsizlik kameraları vasitəsilə çəkiliş aparılır. Qanunvericiliyə əsasən, "BakuBus" MMC-nin avtobuslarına maddi ziyan vuran sərnişinlər məsuliyyətə cəlb olunacaqlar. Odur ki, vətəndaşları avtobuslarda təmizliyə riayət etməyə, stikerləri qoparmamağa, bu kimi hərəkətlərdən çəkindirməyə çağırırıq."
Məlumdur ki, “BakuBus” MMC-nin istismarında olan avtobuslar istər ekoloji, istərsə də sərnişin rahatlığı baxımından müasir standartlara tam cavab verir. Bu avtobusların qeyd edilən parametrlər üzrə standartlar səviyyəsində saxlanılması “BakuBus”la yanaşı, bu avtobuslardan gündəlik isitfadə edən yüz minlərlə sərnişinlərdən də asılıdır.
Məsələyə sosial məsuliyyət kontekstində baxılsa. əslində hər şey aydın olar. Sərnişinlər özlərinin rahat,təmiz, yeni nəqliyyat vasitələrində səfər etmək imkanlarını məhdudlaşdırmamalıdırlar.
"Avtobuslarımıza sərnişinlər tərəfindən xırda zərərlərin verilməsi halları müşahidə edilməkdədir və bu ziyanlar şirkətimiz tərəfindən aradan qaldırılır. Biz Şirkət olaraq, bu kimi halların qarşısının alınması üçün sərnişinlərlə mövcud ünsiyyət platformalarından istifadə etməklə sərnişinlərə çağırışlar edir və maarifləndirmə işləri aparırıq", - deyə şirkət rəsmisi əlavə edib.
Yeni komfort avtobuslar sərnişinlərin özlərini daha komfortlu hiss etməsi üçün istifadəyə buraxılıbsa, demək ki, ilk növbədə, onlar da sözügedən nəqliyyat vasitələrinin qayğısına qalmalı, ən azından onlar üçün yaradılan şəraitə ziyan vurmamalıdırlar.. Əks halda CƏRİMƏLƏNƏCƏKSİNİZ.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 13:11
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünya
Bu gün, 13:00
Pekində parad ABŞ-a xəbərdarlıq kimi dəyərləndirildi
Cəmiyyət
Bu gün, 12:55
Kolleclərə qeydiyyatın tarixi açıqlandı
Hadisə
Bu gün, 12:30
Cəlilabadda toy günü evdə yanğın baş verdi
Cəmiyyət
Bu gün, 12:06
Abşeron DOST Mərkəzinin fəaliyyəti bərpa edildi
Dünya
Bu gün, 12:00
Sarkozi: Avropanın əsas düşməni içəridən gələcək
Populyar Xəbərlər