Schwarzeneggerin başı yenə dərddə - EKSKLÜZİV - FOTO

Arnold Schwarzeneggerin başı yennə dərddədir, "Prius"un üzərindən SUV-la keçdi.
Belə ki, 2022-ci ildə SUV “yolsuzluq avtomobili” ilə törətdiyi qəzaya görə ittiham edilir. Zərərçəkənlər onu yenidən məhkəməyə verib.
ULUSUM.az saytının ABŞ Bürosunun məlumatına əsasən, keçmiş Kaliforniya qubernatoru və kino ulduzu Arnold Schwarzenegger işıqforun qırmızı işığında keçərək, GMC Yukon avtomobilini "Prius"un üzərinə sürüb və 4 avtomobilin iştirakı ilə qəza törədib.
Şahidlər onun dərhal atılaraq zərərçəkənlərə kömək etmək üçün çalışdığını söyləsələr də, zərərçəkən qadın onu, beynin sarsıntısı nəticəsində yaranan “daimi əlilliyə” görə ittiham edib və məhkəməyə verib.
Günahkar kimdir?
2022-ci ilin əvvəlində “Qubernator” Los-Ancelesdəki evinin yaxınlığındakı Sunset bulvarı boyunca GMC yolsuzluq avtomobili ilə hərəkət edir. Los-Anceles Polis Departamentlərinin hesabatına görə, Şvartsenegger “sola dönmək üçün” qırmızı işıqda yola davam edib. Elə bu anda "Toyota Prius" sürücüsü Şeril Avqustin yaşıl işıqda hərəkət edərkən birbaşa Schwartseneggerin iri avtomobilinin qarşısına çıxır. Bu zaman onun avtomobili "Prius-un üstünə çıxır və nəticədə, digər hərəkət iştirakçısı olan "Porsche Cayenne" qırmızı işığın yanmasını gözləyən digər avtomobilə çırpılır. Schwarzenegger "Prius"un üstündə olan avtomobilini saxlayaraq SUV-dən enib digər zərərçəkənlərə kömək təklif edir...
Schwarzenegger ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və iddia edir ki, "Prius"un sürücüsü Avqustinin manevri qanunsuz olub.
”Mənim Kaliforniya sürücülük vəsiqəm var və sizə deyə bilərəm ki, yolda avtomobil yoxdursa və sürücü aydın görürsə, oradakı yaşayış məntəqələrində dönmələr qanunidir. Beləliklə, əgər Avqustin Schwartseneggerin qırmızı işıqdan əvvəl geri dönmə əməliyyatını yerinə yetiribsə,o zaman şəraitdən asılı olmayaraq bu, qanunsuzdur", deyə - keçmiş qubernator özünü müdafiə edib.
İttihamlar əsaslıdırmı?
Avqustin ittihamlar irəli sürməkdə davam edib, hadisə ilə əlaqədar "ciddi baş-beyin travması və beyin qanaması" aldığını və heç vaxt sağalmayacağını, ömürlük əlil qaldığını əsas gətirərək, tanınmış kino ulduzunu ittiahm edib.
O deyir: "Böyük fiziki, həyəcanlı ağrı və iztirablar... Bütün bunlar Schwartseneggerin "səhlənkarlıqla avtomobil idarə etməsinin nəticəsidir".
Son qərar
Məhkəmə isə keçmiş qubernatorun və məşhur aktyorun xidmətlərinin əvəzsiz olmasını əhəmiyyət verməyib, qanunun tələb etdiyi tərzdə cəza tətbiq etməkdə israrlıdır.
Tofiq Ağayev
ULUSUM.az saytının ABŞ Bürosu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə