İraqın TEBA Agentliyi Qarabağ zəfərindən yazır
Mərkəzi Erbil şəhərində yerləşən İraqın TEBA (Media Group) xəbər agentliyi "8 Noyabr" zəfərimiz haqqında geniş xəbər hazırlayıb.
Ulusum.az - a TEBA ajansından verilən məlumatda bildirildi ki, Türkməneli doğma Azərbaycanı Zəfər bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sevincimizə şərik olduğunu qeyd edir və həmişə Onun yanındadır.
TEBA agentliyi bu gün münasibətilə İraqın Kərkük, Mosul, Erbil, Tuzhurmatı və digər bölgələrində yaşayan türkmanlarla bərabər, həm də kürd və ərəblərin bu zəfərin tarixini bilməsi məqsədilə xüsusi məqalə hazırlayıb.
Xəbərin linkini aşağıda qeyd edirik.
https://www.tebaajansi.com/dunya/azerbaycan-da-karabag-zaferi-nin-4-yil-donumu-kutlaniyor-h326210.html
Qeyd edək ki, Kərkük-Türkmaneli - Azərbaycan ədəbi-mədəni, ictimai əlaqələri son zamanlar daha geniş vüsət alıb. Cari ilin may ayında Kərkükdən Azərbaycana yüz nəfərdən çox Türkmanın gəlməsi, Bakıda silsilə tədbirlərin təşkili də Azərbaycan-Türkman doğmalığının bariz nümunəsidir.
Rübabə SAHİB