Gənc jurnalist vəfat etdi
ULUSUM.AZ xəbər verir ki, jurnalist Vüsal Nazim bu gün günorta radələrində dünyasını dəyişib. 35 yaşlı jurnalistin ölümünə səbəb pnevmaniya xəstəliyi olduğu bildirilir.
Qeyd edək ki, bir sıra media orqanlarında çalışan Vüsal Nazimin son iş yeri "ARB24" telekanalı olub. O, bu telekanalda redaktor vəzifəsində çalışırdı.
“Onunla Türkel tv”də birgə çalışmışdıq. Layiq olduğu yerə çatmaq üçün ömrünü qoydu. İşini dəlicəsinə heyranlıqla görərdi. Onun özünəməxsus televiziya dünyası vardı. Kamera qarşısında durarkən bambaşqa birinə çevrilərdi. 2 dünyanı birarada yaşayırdı Vüsal Nazim . Ona görə belə tez doldu ömür limiti bəlkə də. Özüylə neçə bəlkələr, kaşlar götürdü həmkarımız. Ölümünü daima rəhmətlə anacağıq”- bu sözləri saytımızın baş redaktoru Rübabə SAHİB mərhum Vüsal Nazim haqqında bildirdi.
Redaksiya heyəti olaraq ailəsinə Allahdan səbr, dözüm diləyirik.