22-12-2025, 09:30 0 Cəmiyyət / Gündəm

Qazaxıstanda körpü uçub VİDEO

Qazaxıstanda körpü uçub  VİDEO
Qazaxıstanda Keleş çayı üzərində körpü uçub.

Qazaxıstanın "Türküstan vilayəti"nin "Keles rayonu"na bağlı Koşkarata kəndi ərazisində Keleş çayı üzərində yerləşən körpü dekabrın 18-də uçub.

Ulusum.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisədən əvvəl körpüdə çatlar müşahidə edildiyi üçün nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılmışdı. Qəza nəticəsində xəsarət alan olmayıb.

İlkin araşdırmaya əsasən, körpünün uzun müddət istismarı və su axınının dayaq dirəklərinə təsiri uçmaya səbəb olub. Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.