Uşaqların boyunu uzadan qidalar
Gün ərzində 2 stəkan süd içmək uşaqlarda həm boy artımına kömək edir, həm də sümük quruluşunu gücləndirir. Südün boy uzatması üçün gecə yatmadan əvvəl içilməsi vacibdir. Çünki bu saatda içilən süd böyümə hormonunun ifrazını təmin edir. Tərkibində kalsium olan süd məhsulları əzələlərin bərkiməsi üçün faydalıdır.
Ulusum.az bildirir ki, immunitet sisteminin möhkəmləndirilməsində və bədənin sağlamlığının qorunmasında aparıcı rol oynayan brokkoli uşağın boyunun uzanmasını təmin edən əhəmiyyətli tərəvəzdir.
Uşaqlar tərəfindən bəyənilməsə də, müntəzəm olaraq istifadəsi tövsiyə olunur. Elmi-tədqiqatlar göstərir ki, sevilməyən qidaların müəyyən qayda ilə yeyilməsi zamanla vərdiş halı yaradır.
Qurudulmuş meyvələr də kalsium mənbəyidir. Bu səbəbdən uşağın boyunun uzanmasına kömək edir. Qəlyanaltı olaraq və ya süd ilə birlikdə şəkər ehtiyacını ödəmək üçün uşağa verilir. Çox yeyilərsə, çəki problemlərinə səbəb ola bilər.
Bu səbəbdən qurudulmuş meyvələrin istehlak miqdarı vacibdir. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir və 1 ovuc qara kişmiş kifayət edir. Ağ lobya kalsium ilə zəngindir. Uşaqların boyunun uzanmasına kömək olacaq bu qida yeməklərdə müntəzəm şəkildə istifadə edilməlidir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 10:00
Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR
Sağlamlıq
15-12-2025, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
15-12-2025, 14:30
Əti necə dondurmalıyıq?
Populyar Xəbərlər
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Kimlərə iki dəfə çox maaş ödəniləcək
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
Orta məktəblər üçün yeni dərslik HAZIRLANACAQ8
Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İtaliyada futbol azarkeşləri arasında toqquşma
