İranda prezident seçkiləri üzrə sükut günüdür

İranda 5 iyulda keçiriləcək növbədənkənar prezident seçkilərinin 2-ci turunda namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb.
Ulusum.az xəbər verir ki, İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur.
Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası seçkilərin 1-ci turunda qalibin müəyyənləşmədiyinə görə, 29 iyunda başlayıb.
Sabah (5 iyul) İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.
İran prezident seçkilərinin 2-ci turunda 2 namizəd - Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır.
İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.
28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 19:30
Fransa Fələstin Dövlətini tanımağa hazırlanır?
Hadisə
Bu gün, 19:00
“QHT işi” üzrə daha iki nəfər həbs olunub
Dünya
Bu gün, 18:00
Trampın fikrincə, ticarət müharibəsi hələ bitməyib
Dünya
Bu gün, 17:30
TikTok satış müqaviləsi təxirə salınacaq
Dünya
Bu gün, 17:00
Tramp: ABŞ dünyanın ən güclü silahına malikdir
Dünya
Bu gün, 16:30
ABŞ miqrantlarına deportasiya təzyiqi
Dünya
Bu gün, 16:00
Suriyanın Moskvadakı səfiri istefa verəcək
Cəmiyyət
Bu gün, 15:30
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Siyasət
Bu gün, 15:02
İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb
Siyasət
Bu gün, 14:34
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir