BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 16-da və 17-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının debatlarına sədrlik edəcək.
Ulusum.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə effektiv cavab tapmaq üçün əsas məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
"Rusiyanın sədrliyi dövründə üç mərkəzi tədbirin keçirilməsi planlaşdırılır. 16 iyul – “Daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının yaradılması maraqlarında çoxtərəfli əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində açıq debat. 17 iyul – Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə nazirlər səviyyəsində açıq müzakirə. 19 iyul – Təhlükəsizlik Şurasının BMT, KTMT, MDB və ŞƏT ilə əməkdaşlığına dair debatı. İlk iki tədbir Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək.
Ümumiyyətlə, Şuranın iş proqramı çox zəngindir. Mandat-hesabat dövrü çərçivəsində Haiti, Konqo Demokratik Respublikası, Qərbi Afrika və Sahel regionu, Yəmən, Kipr, Kolumbiya, Livan və Suriyadakı vəziyyət, habelə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin fəaliyyəti haqqında fəaliyyəti ilə bağlı görüşlər keçiriləcək.
Gündəliyə, həmçinin BMT-nin Qəzza zolağında humanitar məsələlər və yenidənqurma üzrə baş əlaqələndiricisi S.Kaaqın iştirakı ilə Qəzza zolağı üçün humanitar mexanizm haqqında BMT Təhlükəsizlik Şurasının 2720 saylı qətnaməsinin icrası ilə bağlı müzakirələr də daxildir.
Rusiya Federasiyası Şuranın daimi üzvü və beynəlxalq birliyin məsul iştirakçısı kimi ənənəvi olaraq bu qurumun koordinasiyalı və səmərəli işini təmin etmək üçün hər cür səy göstərəcək. Bu baxımdan Rusiya Təhlükəsizlik Şurasındakı həmkarlarını bütün maraqlı tərəflərin maraqlarını diqqətlə nəzərə alaraq ümumi məxrəcləri axtarmağa yönəldəcək", deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu