Ticarət gəmisi vuruldu

Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” Hərəkatı Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Diamond” esminesinə ballistik raket zərbələri endirdiklərini bəyan edib.
Ulusum.az-ın verdiyi xəbərə görə, bunu “Ənsar Allah” Hərəkatının hərbi təmsilçisi Yəhya Saria bildirib.
Eyni zamanda “Norderney” və “MSC Tavvishi” ticarət gəmilərinə pilotsuz təyyarələr, ballistik və gəmi əleyhinə raketlərlə hücumlar həyata keçirildiyi, “Norderney” gəmisində yanğın başladığı bildirilib.
Böyük Britaniya Müdafiə Nazirliyi isə “Ənsar Allah” tərəfindən “HMS Diamond” esminesinə zərbə endirildiyini təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi Yəmənin Ədən limanı sahillərində ticarət gəmisinə zərbə endirildiyini, gəmidə yanğın başladığını açıqlamışdı.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
“Bananı da yumaq lazımdır!” – Ekspert