Mənzil Məcəlləsində dəyişiklik ediləcək

Mənzillərin etibarlı satışının təşkili və mənzil əldə etmiş şəxslərin hüquqlarının qorunması məqsədilə Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə planlaşdırılır.
Ulusum.az xəbər verir ki, qanun layihəsi ilə bağlı icraçı qurumlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyidir.
Eyni zamanda daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasport) tam elektronlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron aparılması qaydalarının yeni sistemə uyğun təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixinədək fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələri ilə bağlı müvafiq torpaqayırma sənədlərinin yeni sistemdə yerləşdirilməsi məqsədilə onların məlumat bazasının “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyanın təmin edilməsinə dair normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.
Xatırladaq ki, əmlakın qeydiyyatı və icarəsi işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov həyata keçirir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:30
Migreni tetikləyən qidalar
Hadisə
Bu gün, 12:05
Qusarda ana doğuşdan sonra həyatını itirdi
Dünya
Bu gün, 12:00
ABŞ Milli Qvardiyası Vaşinqtonda toplanır
Sağlamlıq
Bu gün, 10:30
Menstruasiya zamanı uzaq durmalı olduğunuz qidalar
Hadisə
Bu gün, 10:10
Şəkidə ildırım yanğına səbəb oldu
Kriminal
Bu gün, 10:07
Elan saytında fırıldaqçı tutuldu
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət