Kredit götürən ölərsə.... - Yeni qaydalar

Mərkəzi Bank həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar əlavə edib.
Ulusum.az xəbər verir ki, bankın yeni qərarını şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə bu addım kredit risklərinin azalmasına xidmət edəcək. O bildirib ki, yeni qaydalara görə istehlak kreditləri təqdim edilən zaman onlara ölüm və əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı sığorta müqaviləsinin də bağlanması təklif olunacaq:
“Mövcud qaydalara əsasən, kredit götürən dünyasını dəyişərsə, krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu qayda əksər hallarda ailə üzvləri üçün arzuedilməyən əlavə maliyyə yükü yaradır. Yeni qaydalar isə kredit götürənə həyatını sığortalamaq imkanı verir. Bu halda borcalan dünyasını dəyişəndə onun vərəsələri öhdəlikdən azad olacaq”.
Millət vəkili deyib ki, kredit götürən zaman sığorta müqaviləsinin bağlanması şəffaflığın gücləndirilməsinə xidmət edəcək.
V.Bayramov hesab edir ki, sığorta müqavilələrinin olması riskləri azaltdığından bu, kredit faizlərinin azalmasına da təsir edəcək.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Texnologiya
Bu gün, 12:00
Hakerlərə hesabları tez sındırmağa nə kömək edir?
Cəmiyyət
Bu gün, 11:41
"Sovetski"də qəzalı binaların söküntüsünə başlanılıb
Cəmiyyət
Bu gün, 11:38
Hərbi Prokurorluqda yeni təyinat olub
Cəmiyyət
Bu gün, 11:14
AZAL İranın iki şəhərinə uçuşlara başlayır
Cəmiyyət
Bu gün, 11:00
İşə tez-tez gecikməyin nəticələri – diqqətli olun
Maraqlı
Bu gün, 10:30
Qarpız xəbər ulduzuna çevrildi
Hadisə
Bu gün, 10:23
Şəmkirdə yol qəzasında 7 nəfər dünyasını dəyişdi
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri