“Maaşlar 50-55 manat artırıla bilər” - Sabiq nazir anons verdi

“2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir”.
Ulusum.az Referan.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, ilin ilk yarısında neftin qiyməti kifayət qədər yüksək olub:
“Ona görə də dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə görülən işləri sürətləndirmək, əhalinin doğma torpaqlarına qayıdışını tezləşdirmək üçün addımlara önəm verdiyini bəyan edib. İkinci vacib sahə müdafiə və təhlükəsizlikdir. Sosial müdafiə sahəsinə də ayrılan vəsaitin artırılması müzakirə oluna bilər".
Millət vəkili Əli Məsimli isə qeyd edib ki, son 10 ilin göstəricilərinə əsasən, respublikada minimum əməkhaqqı 24 faizdən 35 faizə qədər yüksəlib:
“Bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökuməti hədəf kimi göstərib ki, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizinə çatsın. Belə misalla götürəndə bizdə orta aylıq əməkhaqqı 985 manatdırsa, o indiki kimi 345 manat deyil, 60 faiz götürəndə 594 manat olması istiqamətində addımlar atılmalıdır”.
Qeyd edək ki, bəzi millət vəkilləri minimum əməkhaqqının 500 manat olması ilə bağlı çıxış ediblər. Mövcud dövlət büdcəsi buna imkan verirmi?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Cebhe TV-yə açıqlamasında bildirib ki, ümumiyyətlə, may ayının 15-dən tez olmayaraq, oktyabr ayının isə 15-dən gec olmayaraq hökumət büdcəyə yenidən baxa bilər:
“Dörd ayının yekunlarına görə ümumi daxili məhsul (ÜDM) 4.3 faiz artıb, qeyri-neft sektorunda ÜDM-nin artımı 7,7 faiz təşkil edir. İllik inflyasiya 0,7 faizdir. Bu göstəricilər normal göstəricilər sayılır və büdcəyə yenidən baxıla bilər.
Bizim büdcənin böyük kəsimi neftlə bağlıdır və 2024-cü il üçün neft 60 dollardan götürülüb. Ancaq bu il üçün dünya bazarlarında neftin qiyməti 75 dollardır. Yəni büdcədə nəzərdə tutulandan 15 dollar artıqdır. Bu da bir motivdir ki, büdcəyə yenidən baxıla bilər”.
Professorun sözlərinə görə, minimum əməkhaqqı göstəricisi büdcənin çox xərc aparan, xüsusilə əməkhaqqı və ona bərabər ödənişlərin aparılmasında bir kriteriya, ölçü vahidi kimi istifadə olunur:
“Ona görə də onun dəyişilməsi, adətən növbəti il üçün tətbiq edilir. Yəni ilin ortasında göstərici dəyişilmir. Təbii ki, büdcənin potensialı var. Hesab edirəm ki, 2025-ci ilin büdcəsində minimum əməkhaqqı, hazırkı 345 manat artırılacaq. Birdən-birə 500 manatadək artırılmasını gözləmirəm, real deyil. Təxminən 400 manadək çatdırılmasını gözləyirəm”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 10:30
ABŞ-da möcüzə doğum: El-Pasoda beşəm dünyaya gəldi
Dünya
Bu gün, 10:00
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Mədəniyyət
Bu gün, 09:25
Bu gün Xalq şairi Fikrət Qocanı anırıq
Siyasət
Bu gün, 09:21
Qərəzli iddialara ABŞ nəşrində cavab: Ermənistan-Azərbaycan sülh prosesi faktlarla müdafiə olundu
Cəmiyyət
Bu gün, 09:10
Azərbaycanlı xanım Gürcüstan ordusunun zabiti oldu
Dünya
Bu gün, 09:00
Sabah: Zelenski danışıqlarda barışmaz mövqedə qalır
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq