Avstriyada şərab zirzəmisində yüzlərlə mamont sümüyü tapıldı

Avstriyanın Gobelsburg şəhərində bir şərab zirzəmisində yüzlərlə mamont sümüyü aşkar edilib. Bu möhtəşəm tapıntı, arxeoloqlar tərəfindən “arxeoloji sensasiya” kimi dəyərləndirilib.
Krems rayonunda yaşayan Andreas Pernerstorfer, mart ayında şərab zirzəmisini təmir edərkən, təxminən 30,000-40,000 il əvvələ aid olan böyük sümüklər tapıb. Pernerstorfer döşəməni düzəltmək məqsədilə beton örtüyü sökərkən sümüklərə rast gəlib. Əvvəlcə bunlarn ağac qalıqları zənn etsə də, daha diqqətlə baxdıqda və babasının zirzəmini genişləndirərkən tapdığı mamont dişləri hekayəsini xatırlayıb.
Tapıntı haqqında məlumat Federal Abidələr İdarəsinə verildikdən sonra, arxeoloqlar qrupuna yönləndirilib. Avstriya Elmlər Akademiyasının (OeAW) tədqiqatçısı Hannah Parow-Souchon və komandası, may ayında qazıntılara başlayıb. "Əvvəlcə bir neçə sümük olduğunu düşündük, amma çox sayda mamont sümükləri tapdıq," deyə Parow-Souchon bildirib.

Kəşf edilən sümüklərin təxminən 300-ü aşkar edilib və onların üç fərqli mamonta aid olduğu düşünülür. Araşdırma sahəsi yalnız 12 kvadratmetr olsa da, komandalar daha çox sümük tapmaq ümidi ilə yayda qazıntılara davam etməyi planlaşdırırlar.
"Arxeoloq olmağı sevirəm və çox maraqlı şeylər qazıb çıxarmışam, amma həmişə mamont tapmağı arzulamışdım," deyə Parow-Souchon qeyd edib. Bu tapıntı onun üçün ilk mamont sümüyü qazıntısıdır və onu çox sevindirib.
Bu qədim sümüklərin tədqiqi, müasir üsullarla ilk dəfə Avstriyada həyata keçirilir və arxeoloji araşdırmalarda unikal bir fürsət təqdim edir. Araşdırmanın sonunda sümüklər Vyana Təbiət Tarixi Muzeyinə bərpa üçün göndəriləcək.

Qazıntılar, Federal Abidələr İdarəsi və Aşağı Avstriya vilayəti tərəfindən maliyyələşdirilir və bu qədim mamontların Daş Dövrü ovçuları tərəfindən öldürülüb-öldürülmədiyini araşdırmaq üçün bir çox suallar ortaya çıxarır. "İnsanların mamontları ovladığını bilirik, amma bunu necə etdiklərini hələ də çox az bilirik," deyə Parow-Souchon əlavə edib. Bu tədqiqatlar, qədim insan fəaliyyətləri haqqında yeni məlumatlar əldə etməyə kömək edəcək.
Calal Mir

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 17:45
Rəqsanənin həyat yoldaşına cinayət işi açıldı
Maraqlı
Bu gün, 17:00
Əşyaların yükündən qurtul, yüngüllüyün dadını çıxar
Dünya
Bu gün, 16:30
Suriya və İsrail danışıqlarda irəliləyiş əldə etdi
Dünya
Bu gün, 16:00
Şimali və Cənubi Koreya sərhədində növbəti insident
Cəmiyyət
Bu gün, 15:13
Sosial müavinətlərlə bağlı statistika açıqlanıb
Dünya
Bu gün, 15:00
NBC-yə açıqlama: ABŞ yaxın aylarda sülh planı gözləyir
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib