18 yaşa çatmamış nişanlanma qadağan edilir

İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır.
Ulusum.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanda nikahla bağlı 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır: “18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib: “Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir. Biz nişanlanma sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün işləyirik”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə