24-05-2024, 13:50 0 Gündəm / Cəmiyyət

"Saxta boşanmaların qarşısı alınmalıdır!" - Zahid Oruc

"Saxta boşanmaların qarşısı alınmalıdır!" - Zahid Oruc

Keçən il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 293 erkən nikaha cəhdin qarşısının alınması ilə faktı qeydə alındı. Bu fakt onu göstərdi ki, valideynlər və orta əsri-arxaik ənənələrini əldə əsas götürmək istəyən şəxslərin erkən yaşlı qızları evliliyə təhrik etməsi hamımızı narahat etməlidir.



Ulusum.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub:

“Ona görə də nikah yaşı ilə bağlı mövcud qanunumuzda əksini tapan norma faktiki uşaq istismarı kimi ən ağır cinayətlərə yol açır. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər. Ona görə də təklif edirik ki, məlum norma qanunvericilikdən çıxarılsın. İkincisi, ilk baxışda, təkcə son iki ildə, yəni, 2022-ci il üzrə 16 minə, 2023-cü ildə isə 22 minə yaxın olması, birlikdə 38 minə yaxın boşanma faktı səthi yanaşdıqda yanlış qənaətlər yaradır, azərbaycanlı ailə modelinin kəskin aşınmaya məruz qaldığını nümayiş etdirir. Son 10 ildə boşananların ümumi sayı 138 min təşkil etdiyi halda biz onun digər indikatorlar vasitəsilə əsaslanmadığını görürük”.

O, saxta boşanmaların kütləvi hal aldığını deyib.

“Onun səbəbləri üzərində indi dayanmaq istəmirik, çünki gerçək məqsədlərin göstərilməsi xalqımızın əleyhinə platformalarda istifadəyə rəvac verə bilər. Lakin həqiqət ondan ibarətdir ki, vətəndaşlarımızın müxtəlif niyyətlərlə süni, gerçək olmayan ayrılmaya getməsi, reallıqda təsdiqini tapmayan nikahın pozulması faktlarının, qərarlarının qarşısının alınması üçün müvafiq Hökumət qurumları ilə birgə tədbirlərə ehtiyac var. Təmsil etdiyim Mərkəzin keçirdiyi tədbirdə irəli sürdüyümüz təklifi parlament tribunasından da səsləndirmək istərdik. Belə ki, Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə Günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir”.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: