Süni intellekt uğrunda mübarizə şiddətləndi
ABŞ prezidenti Co Bayden administrasiyası ölkəsinin süni intellektini Çin və Rusiyadan qorumaq səylərində yeni cəbhə açmağa hazırlaşır. Bayden ötən ilin oktyabr ayında fərman verərək süni intellekt çalışmalarının dövlət nəzarətinə götürülməsinə qərar verib. ABŞ mediası prezidentin bu qərarını aqressiv adlandırsa da, bu işdə ixtisaslaşanlar vurğulayırlar ki, Amerikanın buna ehtiyacı var idi. Ən maraqlısı odur ki, süni intellekt çalışmalarının dövlət nəzarətinə alınmasını bu işlə məşğul olan şirkətlər də dəstəkləyib. Prezidenti fərmanında süni intellektin yeni standartlarının tətbiqi və təhlükəsizliyi nəzərdə tutulub. Könhə sistemlərlə rəqiblərlə mübarizə aparmaq çətindir.
Bunu Ulusum.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şashinoğlu deyib.
Politoloqun sözlərinə əsasən, Çin süni intellekt bazarında mövqelərini gücləndirməyə çalışır. Vaşinqton bundan xeyli narahatdır. Vaşinqtonun həyata keçirdiyi tədbirlər Pekinin hərbi məqsədlər üçün qabaqcıl texnologiyanın inkişafını ləngitməyi hədəfləyir. Bundan başqa Vaşinqtonun planları Çinə mürəkkəb süni intellekt çiplərinin ixracını əngəlləmək üçün son iki il ərzində həyata keçirilən bir sıra tədbirləri tamamlayacaq. Bununla belə, tənzimləyicilər vasitəsilə sənayenin sürətlə inkişafı ilə ayaqlaşmaq çətin olacaq.
"Çinin ABŞ-dakı səfirliyi Ağ Evin qərarlarını “Çinin qəti şəkildə qarşı çıxdığı tipik iqtisadi zorakılıq və birtərəfli zorakılıq aktı” kimi qiymətləndirərək, Pekinin ölkə maraqlarını qorumaq üçün “lazımi tədbirləri” görəcəyini bildirib. Pekin Ağ Evin Çinə qarşı hər qərarını “azad ticarətə” maneə kimi qiymətləndirir.
ABŞ-ın rəsmi dairələri və özəl sektor tədqiqatçıları narahatdırlar ki, rəqiblər məlumatları ümumiləşdirmək və məzmun yaratmaq, aqressiv kiberhücumlar etmək və hətta güclü bioloji silahlar yaratmaq üçün böyük həcmdə mətn və şəkil modellərindən istifadə edə bilərlər", - deyə Elxan Şahinoğlu vurğulayıb.
Microsoft şirkəti hesabatına diqqət çəkən E.Şahinoğlu bildirir ki, Çin və Şimali Koreya hökumətlərinə bağlı haker qrupları, eləcə də Rusiya hərbi kəşfiyyatı və İran İnqilabı Keşikçiləri müxtəlif modellərdən istifadə edərək haker çalışmalarını təkmilləşdirirlər.
Bu isə dövlətləri dəstəklədiyi haker qrupları ilə mübarizə aparmaq getdikcə çətinləşir.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 14:30
Yerdə güclü maqnit qasırğası başlayıb
---
Bu gün, 13:15
Qəza törədən sürücü xəstəxanada öldü
Gündəm
Bu gün, 12:47
Beynəlxalq və ölkədaxili daşımalar üzrə sürücülər üçün imtahan qeydiyyatı başladı
Gündəm
Bu gün, 12:46
Məktəbəhazırlıq qruplarında dərslər başladı
Gündəm
Bu gün, 12:30
Sabah taksi sürücüləri imtahan verəcək
Gündəm
Bu gün, 12:24
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - YENİLƏNƏCƏK
Gündəm
Bu gün, 12:12
Şəhidlər and yerimiz – Vətən sevgisi yolumuz!
Dünya
Bu gün, 12:09
Qırğızıstanda ölüm hökmü bərpa olunu bilər
Mətbəx
Bu gün, 12:00
Kartoflu Pirojki Resepti
Populyar Xəbərlər
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!